Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsarətdən azadlığa Qarabağ” adlı konfrans

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, qardaş Türkiyənin nüfuzlu həmkarlar təşkilatlarından olan “Memur – Sen” Konfederasiyası Baş Mərkəz Qadın Komitəsinin təşkil etdiyi “Əsarətdən azadlığa QARABAĞ” mövzusunda “onlayn – konfrans”da məruzə ilə çıxış edib. “Memur – Sen” Konfederasiyası Baş Mərkəzində gerçəkləşdirilən proqrama, “Memur – Sen”in rəhbərı Ali Yalçın, təşkilatın Qadınlar Komitəsi sədri Sıdıka Aydın və birləşmiş qadın təşkilatları qatılıb.

“Memur – Sen” Konfederasiyası Baş Mərkəz Qadınlar Komitəsi başqanı Sıdıka xanım Aydının aparıcısı olduğu konfransda, cənab Ali Yalçın salamlama nitqi söyləyərək, Azərbaycan Ordusunun illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi səbəbi ilə belə bir toplantı keçirməyi məqsədəuyğun bildiklərini qeyd edərək dedi:

“Can Azərbaycanı hərbi uğuruna görə bir daha təbrik etmək istəyirik. “Memur – Sen” olaraq, bu mübarək mücadilənin sevincini bölüşdüyümüzü ifadə edirik. Sevincliyik ki, dost, qardaş, can Azərbaycanımız işğal altında olan torpaqlarını azad etdi və bu torpaqlar­dakı ruhu yenidən canlandırdı. Tarixə düşən bu mücadilələr münasibəti ilə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hər kəsi təbrik edirik!

Mücadilə müddətində Dağlıq Qa­rabağ mövzusu Türkiyədəki qurum- quruluşların da gündəmindən düşmədi. Azərbaycana ziyarətimizdə də vurğula­mışdım: “Laylamız Qarabağ, türkümüz Qarabağ, ümidimiz Qarabağdır, sevin­cimiz də Qarabağ olacaq. Çox şükür, sevincimiz Qarabağ oldu”!

Konfransda təşkilatın Qadınlar Komitəsinin sədri Xanım Sıdıka Aydın da ürək sözlərini bölüşüb:

“Qarabağ ürəyimizdə qalan bir közdür. Bu gerçəklik türkülərimizə qədər işləyib. 30 ildir azadlıqdan, demokra­tiyadan danışan, azadlıq, demokrati­ya tərəfdarları olduqlarını iddia edən bəzi dünya dövlətlərinin dəstəyi ilə Ermənistan tərəfindən işğal edilən Qarabağ könlümüzdə atəş, zehnimizdə soyqırım izləri buraxıb. Uluslarara­sı sistemdə söz sahibi olanlar ötən müddətdə işğalın üstünü pərdələmək üçün əllərindən gələni ediblər. Amma tarix və həqiqət siyasətin üstündədir. “Memur – Sen” olaraq hər zaman ədalətin, insanlığın cərgəsində yer ala­raq, inancımızla bu mücadiləni mənəvi cəhətdən dəstəkləmişik, bunu qədim qardaşlığımızın gərəyi olaraq görmüşük. Qadınlar komitəmiz 81 rayon təşkilatında yüzlərcə dəfə “Quran” xətm edərək Azərbaycan şəhidlərinə bağışlayıb”.

Video–konfrans formatında toplan­tıya qatılan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, “Memur – Sen”ə və Qadınlar Komitəsinə bu konfrans və konfransa dəvətə görə təşəkkür edib. Komitə sədri deyib:

“Bu müharibə Azərbaycan üçün müqəddəs müharibə idi, çünki torpaq­larımızı işğaldan qurtarırdıq. Necə ki, Çanaqqalada dədələrimiz, nənələrimiz “söhbətin mövzusu Vətənsə, gerisi təffərrüatdır”, – demişdi, eyni düşüncələr ilə biz də Azərbaycan Böyük Vətən Müharibəsinə başladıq və torpaqlarımızı işğaldan qurtardıq.

Ağdam azad edildi, Kəlbəcər bölgəmiz işğaldan qurtarıldı və bayra­ğımız o şəhərlərdə dalğalanır. Azadlıq növbəsi Laçınındır. İşğaldan azad edilən müqəddəs torpaqlarımızda Azərbaycan bayrağı ilə birlikdə Türkiyə bayrağı da dalğalanır. Ordumuz işğaldan qurtarılan bütün bölgələrə hər iki bayrağımızla girib. Çünkü biz özümüzü, məhz “bir millət iki dövlət” olaraq görürük. Biz azərbaycanlılar qardaş Türkiyənin öz hökuməti ilə, siyasi partiyaları ilə, vətəndaş cəmiyyəti institutları ilə, “Memur – Sen” kimi quruluşları ilə Azərbaycanı bu azadlıq savaşında da yalnız buraxmadığını bilirik”.

Ermənistanın öz havadarlarına arxalanaraq, işğalını hüquqən qəbul etdirmək istəyində olduğunu qeyd edən Qənirə Paşayeva, belə güclərin bütün dərdlərinin Azərbaycanı zəiflətmək olduğunu söyləyib. O, Fransa senatının Azərbaycanın ərazi bütövlüyü əleyhinə qətnaməsini kəskin tənqid edərək, Fransa kimi dövlətlərin Türkiyə ilə Azərbaycanın birliyinin güçlənməsindən narahat olduqlarını deyib. Komitə sədri Azərbaycanın tarixi zəfərinin bölgədə ya­ratdığı yeni situasiyadan, Azərbaycan– Türkiyə qardaşlığının Qafqazlara vəd etdiyi dayanıqlı əmin-amanlıqdan ətraflı danışıb.

Qeyd edək ki “Memur – Sen”in on minlərlə üzvü var və bu qurumun daxilində qadın təşkilatı özünün fəallığı ilə seçilir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 Noyabr 2020 23:50 - CƏMİYYƏT
CƏMİYYƏT
16 Yanvar 2021 | 13:02
Sevərək yazmalı

Köhnə versiyamızdan xəbərləri izlə