Ən son xəbərlər
№ 464 Bakı şəhəri, 30 noyabr 2020-ci il
“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 112-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə 1141; 2020, № 2, maddələr 196, 216, № 5, maddə 650) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezi-dentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın 2.5-ci bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə