Ən son xəbərlər
№ 463 Bakı şəhəri, 30 noyabr 2020-ci il
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 308; 2020, № 5, maddə 630) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 11 nəfərdən ibarət aşağıdakı tərkibdə təsdiq edilsin:
Komissiyanın sədri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
“Regional İnkişaf” İctimai Birliyinin sədri”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə