Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Mən Hələb şəhərindən olan azərbaycanlı, türkəm. İmadəddin Nəsiminin övladları olaraq, müzəffər sərkərdəlik məharətinizlə şanlı ordumuzun Qarabağ cəbhəsində qa­zandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi və Sizin komandanlıq etdiyiniz Silahlı Qüvvələrimizi ürəkdən təbrik edirik. Siz Azərbaycan dövlətinin və xalqının, bütün türk dünyasının qürurusunuz.

Biz – ölkə hüdudlarından kənarda yaşayan hələbli türklər sevinirik ki, Sizin kimi qətiyyətli, müdrik və uzaqgörən Ali Baş Komandanımız var. Sizin rəhbərliyinizlə silahlı qüvvələrimizin işğal altında olan Qarabağ torpaqlarını qanı və canı bahası­na necə işğaldan azad etdiyini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və ordumuzun yanındayıq. 27 ildən artıq sürən aman­sız ayrılığa Vətən müharibəsi ilə ədalətli şəkildə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğal­dan azad edərək tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Hər dəfə Allaha dua edirdik və bundan son­ra da edəcəyik ki, Tanrı Sizi və millətimizi, Vətənimizin keşiyində duran hərbçilərimizi pənahında saxlasın, qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Muxtar Fatih BEYDİLİ
Türkmən Həkimləri Dərnəyinin sədri

Türkiyə Respublikası, İzmir şəhəri

30 Noyabr 2020 23:18 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə