Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycan ilə Ermənistan arasında­kı müharibənin dayandırılması ilə bağlı atəşkəs razılaşmasının imzalanması Pakis­tan İslam Respublikasının xalqı tərəfindən də böyük məmnunluqla qarşılandı. Bu, Azərbaycanda sülh və tərəqqi üçün yeni imkanlar yaradacaq.

Həmçinin Şuşa şəhərinin və işğal al­tında olan digər dörd rayonun Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi, Ermənistanın işğal etdiyi digər rayonları qaytarmağa razılıq verməsi də böyük məmnunluq doğurur. Bütün bunlara görə şəxsən öz adımdan, “Camaat-e-İslami Pakistan”ın üzvləri və Pakistan xalqı adından Sizi, hökumətinizi və Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Sirac ul HAQ
“Camaat-e-İslami Pakistan” Partiyasının sədri, Pakistan Senatının üzvü

30 Noyabr 2020 23:17 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə