Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Yüksək Texnologiyalar Parkı və onun rezident müəssisələrində növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə əməkdaşlarının sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, pandemiya dövründə kollektivin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə YT Parkında, eləcə də onun rezidentləri olan Təcrübə-Sənaye Zavodu və “İnkor” MMC-də növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya tədbirləri görülüb. Belə ki, texnoparkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri, Strateji elmi analitik sınaq mərkəzi, eləcə də  Təcrübə-Sənaye Zavodunun istehsalat sexi, anbarı, idarə binası, o cümlədən “İnkor” MMC-nin inzibati binası dezinfeksiya olunub.

Qeyd edək ki, YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Texnopark və onun rezident müəssisələrinə məhdud sayda işçilər cəlb edilib və əksər işlərin məsafədən həyata keçirilməsinə üstünlük verilir. Bununla yanaşı, əməkdaşlar müəssisəyə tibbi maska ilə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi riayət olunur.

Həmçinin qurumun kollektivi arasında mütəmadi olaraq virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri aparılır.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

30 Noyabr 2020 16:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…
19 Yanvar 2021 | 01:01
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə