Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əsilli yazar Dərya Akdemir: Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə Qarabağ azad edildi

"Qərbi Azərbaycanlılar 1988 - ci ilin məşum deportasiya aktını heç vaxt unuda bilməzlər. Bu sözləri mediaya açıqlamasında araşdırmaçı yazar, Qərbi Azərbaycan İcması Ankara təmsilçisi Dr.Dərya Akdemir deyib. O bildirib ki, tarix boyunca əzəli və abadi türk yurdlarında qətliamlar törədən ermənilərin bu əməllərini nə yazıq ki, hər zaman ikili standartlarla yanaşan beynəlxalq ictimaiyyət görməzdən gəlib.

Araşdırmaçı yazarın sözlərinə görə regionda vəziyyəti gərgin olaraq saxlamaq istəyən qüvvələrin əlində oyuncağa çevrilən ermənilərin törətdikləri vəhşilikləri unutmağımız əsla və əsla mümkün deyil: "Mənim babalarım o torpaqlardan erməni qətliamından qaçıb Türkiyənin İğdır şəhərinə gəliblər. Ancaq 1918 - ci ildə yenidən ermənilərin Şərqi Anadoluda törətdiyi vəhşiliklərlə üz üzə qalıblar. Bununla da bitməyib qərbi azərbaycanlıların çiləsi. 1948 - ci ildə, 1953 cü ildə əhalinin deportasiyası, dolayısı ilə də Ermənistanın türksüzləşdirilməsi prosesi davam etdirilib. Ən sonuncu belə hadisə 1988 - ci ilin noyabr - dekabr aylarında baş verib ki, bu deportasiya aktından sonra artıq Ermənistan dövləti monoetnik dövlətə çevrilib. Tarixən bu ərazilərdə yaşayan azərbaycanlılar otuz iki il boyunca öz doğma yurd yuvalarına həsrət qalıblar. Bu həsrət artıq başa çatmalıdır". " Dərya Akdemir sonda onu da bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesinə hər kəs öz töhfəsini verməlidir: "Şanlı Azərbaycan Ordusu sayəsində Qarabağımız azad edildi. İgid əsgərlərimizin qazandığı qələbə hər kəsin ürəyində bir ümid işığı yandırıb. Bundan sonra illərlə öz yurd yuvalarının həsrətini çəkən qərbi azərbaycanlıların öz dədə - baba torpaqlarına geri dönmələri üçün də əlimizdən gələni etməliyik. Orda zamanında yaşamış və hüquqları pozulan hər bir azərbaycanlının hüquqlarının bərpası üçün çalışmalıyıq.”

Ə.ƏLƏSGƏRLİ,
"Xalq qəzeti"

30 Noyabr 2020 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Yanvar 2021 | 00:09
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə