Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda yaşayan ermənilərin 55 faizi Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatına inanmır

Qafqaz Araşdırma Resurs Mərkəzi tərəfindən Dağlıq Qarabağda məskunlaşmış ermənilər arasında müxtəlif tarixlərdə ictimai rəy sorğuları keçirilib.
 

2011-ci ildə keçirilən sorğular zamanı erməni respondentlərin 51%-i Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarı kimi çıxış etsə də, 2 il sonra bu mövqedən çıxış edən respondentlər 38%-ə qədər azalıb.

2020-ci ilin fevral ayında 820 erməni respondentlə üz-üzə keçirilən ictimai rəy sorğusuna görə Qarabağda məskunlaşan ermənilərin 55%-i N.Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır” bəyanatı ilə razılaşmayıb, 10%-i qərarsız mövqe sərgiləyib.
 

Sorğu nəticələrinə görə Dağlıq Qarabağ ermənilərinin cəmi 33%-i Ermənistana birləşmək məsələsinə müsbət baxıb. Həmçinin sorğuların təhlili onu göstərir ki, 46-60 və yuxarı yaş qrupları arasında Dağlıq Qarabağın siyasi sistemi üçün sovet modelinə üstünlük verir. 18-30 və 31-45 yaş qrupları arasında hazırkı sistemin dəstəkləyənlər və "qərb modelinə” üstünlük verənlər çoxluq təşkil edir. Maraqlı məqam kimi qeyd edə bilər ki, "hazırkı Rusiya” modeli gənc nəslin cəmi 5%-i, yaşlı nəslin təqribən 10%-i tərəfindən dəstəklənir.
Sorğuda iştirak edən erməni respondentlərin 67%-i qarşı-qarşıya qaldıqları 3 ən vacib problem arasında ilk sırada iqtisadi problemlərini qeyd ediblər. 33%-i isə "sülh” və "həllini tapmamış ərazi münaqişəsi” variantlarını seçib. Erməni respondentlərin 82%-i Dağlıq Qarabağın ən böyük dostu kimi Ermənistanın, cəmi 5%-i isə Rusiyanın adını çəkib. Maraqlı məqam kimi, sorğu iştirakçılarının 7%-i "heç bir dostu yoxdur” variantını seçib.
 
Sorğu nəticələrinin təhlili həllini tapmamış münaqişənin Dağlıq Qarabağda məskunlaşan ermənilər tərəfindən ciddi təhdid kimi göründüyünü və münaqişənin həllini istədiklərini ortaya qoyur. Hətta eyni qurum tərəfindən 2016-cı ildə keçirilən sorğular zamanı erməni respondentlərin mütləq əksəriyyəti Dağlıq Qarabağın dayanıqlı sülh üçün hər cür qərara razı olmalı olduğunu bildirib. Həmçinin 56% respondent Minsk qrupunun bu münaqişəni həll edə biləcəyini bildirib, 44% əks mövqedən çıxış edib.
 
2016-cı ildə keçirilən sorğularda Dağlıq Qarabağda məskunlaşan erməni respondentlərin 63%-i müharibənin yenidən başlamasından ciddi narahatlıq keçirdiyini bildirib. Respondentlərin 46%-i mümkün müharibə halında qondarma respublikanın ordusuna, 30% erməni silahlı qüvvələrinə, cəmi 12%-i Rusiyaya etibar etdiyini bəyan edib.
 
Hazırladı - Sosial Tədqiqatlar Mərkəzi 
 
30 Noyabr 2020 11:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…
19 Yanvar 2021 | 01:01
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə