Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 5 gün ərzində yüzdən çox vətəndaşın təklifləri dinlənib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gündə yüzdən çox vətəndaşımızın  "online" şəkildə qəbulunu keçirərək, görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra təşkilatlarla, mərkəzi icra hakimiyyəti orqanları ilə müzakirələr aparıb. 

Eyni zamanda, deputatın köməkçisi tərəfindən əllidən çox müraciət dinlənilib. Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi artıq öz müsbət həllini tapıb. 

Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, eləcə də, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

Q.Paşayeva həmçinin şəhid ailələri ilə telefonla danışaraq, onlara fədakar, qəhrəman övladlar böyütdukləri üçün təşəkkür edib, "qarşınızda baş əyirəm" -- deyib. 

Yaralı hərbçilərimizlə, qazilərimizlə də danışan komitə sədri onlara könül dolusu təşəkkür edərək, yaralılarımızın tez sağalmasını, qazilərimizin bundan sonrakı fəaliyyətində də uğur qazanmasını arzu edib, "həmişə yanınızdayıq" – deyə onlara xoş sözlər bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Noyabr 2020 11:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə