Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Fənərbağça" "Beşiktaş"a 15 ildən sonra yenə eyni hesabla uduzdu

Türkiyə Super Liqasında X turun mərkəzi görüşü "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçirilib. "Report"un məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş İstanbul derbisi qonaqların qələbəsi ilə yekunlaşıb - 4:3.

İlk 2 qolu "Beşiktaş"ın futbolçusu Vensan Abubakar 4-cü və 20-ci dəqiqələrdə vurub. 34-cü dəqiqədə Papiss Sisse fərqi azaldıb. 50-ci dəqiqədə "qara qartallar" Kayl Larinin qırmızı vərəqə alması səbəbindən azlıqda qalıblar. Buna baxmayaraq, 53-cü dəqiqədə Necip Uysal komandasının üçüncü qoluna imza atıb. 68-ci dəqiqədə Ozan Tufan yenə topların nisbətini minimallaşdırıb. 88-ci dəqiqədə Fabris NSakalya "qara qartallar"ın 4-cü qolunu vurub. 90+7-ci dəqiqədə isə Tufan penalti ilə yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, "Fənərbağça" 15 ildən sonra öz meydanında "Beşiktaş"a uduzub və bu dəfə də eyni hesab qeydə alınıb. Hazırda 10 oyundan 20 xala malik "sarı-lacivərdlilər" 3-cü, 9 görüşə 16 xal yığan "ağ-qaralar" 4-cü pillədə yer alıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

30 Noyabr 2020 10:44 - İDMAN
İDMAN
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi
15 Yanvar 2021 | 23:51
Luka Yoviç icarəyə verilib
14 Yanvar 2021 | 00:00
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə