Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Filmlər süni zəka ilə səsləndiriləcək

Gələn ildən filmlərin süni zəka vasitəsilə səsləndirmə texnologiyası tətbiq olunacaq.

TASS xəbər verir ki, yeni texnologiyanın Moskva Yəhudi Filmlər Festivalında nümayiş etdiriləcək almaniyalı rejissor Karolina Link tərəfindən ingilis yazıçı Cudit Kerrin romanı əsasında çəkilmiş “Hitler çəhrayı dovşanı oğurlayarkən” bədii filminin dublajı üçün istifadəsi nəzərdə tutulur.

Bu ideyanın müəllifi olan rusiyalı kinorejissoru Teymur Bekmambetov yeni texnlogiyanın aktyorların səslərini süni zəka vasitəsilə yamsılamağa əsaslandığını qeyd edib. Belə ki, rejissora məxsus “Screenlife Technologies” startapı və “Stafory” şirkəti tərəfindən hazırlanmış “Vera Voice” səslər sintezi texnologiyasından istifadə olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Noyabr 2020 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…
19 Yanvar 2021 | 01:01
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə