Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranın səhiyyə naziri: Koronavirus mutasiyaya uğrayıb

İranda koronavirus nəticəsində ölüm hallarının azalmasını vəziyyətin normallaşması hesab etmək olmaz.

Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib. Onun sözlərinə görə, son günlərdə bu virus nəticəsində ölüm halları azalmaqdadır.

Nəməki əlavə edib ki, buna baxmayaraq, bu virus mürəkkəb virusdur, mutasiyaya uğrayıb və yoluxma sürəti ötən aylarla müqayisədə qat-qat çoxdur.

Qeyd edək ki, ötən günədək (28 noyabr) İranda 935 799 nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 47 486 nəfər ölüb və 648 831 nəfər sağalıb.

29 Noyabr 2020 16:09 -

Köhnə versiyamızdan xəbərləri izlə