Ən son xəbərlər
Türkiyə iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib və mərhumun ailəsinə başsağlığı verib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir: "Biz iranlı alim Möhsün Fəxrizadənin Tehranda silahlı hücum nəticəsində öldürülməsindən təəssüflənirik. Bu dəhşətli qətli qınayırıq və İran hökumətinə və mərhumun ailəsinə başsağlığı veririk".
Köhnə versiyamızdan xəbərləri izlə