Ən son xəbərlər
Həftəsonu dünya bazarında “qara qızıl”ın qiyməti artıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,48 faiz artaraq bir barreli 48,18 dollar olub.
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,32 faiz artaraq bir barreli 45,60, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,12 faiz artaraq bir barreli 48,20 dollar olub.
Ekspertlər bildiriblər ki, dekabrın 1-də OPEC+ dövlətlərinin iclasının keçirilməsi planlaşdırılır. İclasda dünya bazarında “qara qızıl”ın qiymətinin stabilləşməsi üçün fikir mübadiləsi aparılacaq.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə