Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu ötüb

Koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytının məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 62 milyon nəfəri ötüb.

Bildirilir ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 62 milyon 76 min 272 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 451 min 238 nəfərə çatıb. Eyni zamanda, 42 milyon 870 min 191 nəfər koronavirusdan sağalıb, müalicəsi davam edən 17 milyon 755 min 43 xəstədən 105 min 237 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, ABŞ-da infeksiyaya yoluxanların sayı 13 milyon 454 min nəfərə ça­tıb. Hindistanda 9 milyon 351 min, Braziliyada 6 milyon 238 min, Rusiyada 2 milyon 242 min, Fransada 2 milyon 196 min yoluxma qeydə alınıb.

Ümumilikdə, dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür – 271 min nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 171 min 998, Hindistanda 136 min 238, Meksikada 104 min 873, Böyük Britaniyada isə 57 min 551 nəfər həyatını itirib.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

29 Noyabr 2020 00:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2021 | 03:03
Cüzeppe Konte istefa verib
27 Yanvar 2021 | 02:38
İrihəcmli sərmayə
27 Yanvar 2021 | 02:34
Peyk buraxılışında rekord
27 Yanvar 2021 | 02:24
Xarici sərmayə artıb

Köhnə versiyamızdan xəbərləri izlə