Ən son xəbərlər
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatına əsasən, noyabrın 18-26-da İstanbul hava limanı Avropada ən çox səfər həyata keçirən aeroport olub.
Təşkilat rəsmi açıqlamasında bildirilib ki, bu müddət ərzində İstanbul hava limanında gündəlik 500-ə yaxın uçuş edilib. Aeroport bu səfərlərlə “Sçifol”, “Frankfurt”, “Şarl de Qoll” və “Barajas” kimi Avropanın əhəmiyyətli hava limanlarını geridə qoyub.
Qeyd olunub ki, İstanbulun yeni aeroportundan noyabrın 25-də 505, 26-da 494 səfər edilib. Dünən günün sonunadək aeroportdan təqribən 590 uçuş həyata keiçirilib. Bu da Türkiyə ərazisində pandemiya ilə əlaqədar səfərlərin müvəqqəti dayandırıldığı iyunun 1-dən indiyədək ən yüksək rəqəmdir.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə