Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Facebook” cərimələnib

ABŞ-ın “Facebook” şirkəti Cənubi Ko­reyada 6,6 milyon dollar məbləğində cərimə olunub. Buna səbəb şirkətin ölkə vətəndaşlarının məlumatlarını sızdırması olub.

Cənubi Koreyanın Fərdi Məlumatların Qorunması üzrə Komissiyası şəxsi məlumatların ölkə vətəndaşlarının razı­lığı olmadan digər operatorlara ötürülməsinə görə cinayət işinin qaldırılmasını tələb edib.

Qeyd edilir ki, 2012-ci ilin mayından 2018-ci ilin iyununadək olan dövrdə təxminən 3,3 milyon Cənubi koreyalı “Facebook” istifadəçisinin fərdi məlumatları digər şirkətlərə verilib.

Məlumatı “Yonhap” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

29 Noyabr 2020 00:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2021 | 03:03
Cüzeppe Konte istefa verib
27 Yanvar 2021 | 02:38
İrihəcmli sərmayə
27 Yanvar 2021 | 02:34
Peyk buraxılışında rekord
27 Yanvar 2021 | 02:24
Xarici sərmayə artıb

Köhnə versiyamızdan xəbərləri izlə