Ən son xəbərlər
Əlcəzair Rusiyadan 14 ədəd beşinci nəsil döyüş təyyarəsi– “Su-57” alacaq. Məlumata əsasən, tərəflər arasında cari ilin əvvəlindən davam edən danışıqlar nəticəsində tədarük müqaviləsi imzalanıb. Bildirilir ki, sövdələşmənin dəyəri 2 milyard dollar təşkil edir.
Qeyd edək ki, Əlcəzair Silahlı Qüvvələri hərbi texnika və avadanlığın 67 faizini Rusiyadan alır.
Məlumatı “Avia.pro” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə