Ən son xəbərlər
Rusiyada kvant texnologiyalarının inkişafına dair layihə çərçivəsində milli kvant laboratoriyası inşa ediləcək. Bu bəyanatla “Rosatom” dövlət korporasiyasının kvant texnologiyaları üzrə layihə ofisinin rəhbəri Ruslan Yunusov çıxış edib. Onun sözlərinə görə, yeni struktur universitet, elmi mərkəz, texnoloji şirkət, maliyyə təşkilatı, startap və tərtibatçı komandaların kvant kompüterlərinin yaradılması sahəsində səy və resurslarını birləşdirəcək.
Xəbəri “Rambler” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə