Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiq olunması üzrə araşdırmaların aparılması planlaşdırılır.

Layihə üzərində iş nazirliklə yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və Dövlət Şəhərsalma və Arxitektu­ra Komitəsinə tapşırılıb: "Bu layihə çərçivəsində RACI matritsası hazırlanıb, "Ağıllı şəhər" layihəsinin reallaşdırılması pla­nı və icra mərhələləri müəyyənəşdirilib. İkinci mərhələdə ilk mərhələnin qiymətləndirilməsi üzrə hesabat və "Ağıllı şəhər"in digər ağıllı şəhərlərlə müqayisəli hesabatı hazırla­nacaq".

Nazirlikdən bildiriblər ki, hazırda "Ağıllı şəhər" strategiyasının yekun, üçüncü mərhələ üçün ha­zırlanması üzrə iş aparılır: "Bunun ilk nəticələri artıq görünməkdədir. Bakıda ağıllı şəhər komponentlərinin iilk nümunələri quraşdırılıb. Buraya avtobus dayanacaq­ları, "ağıllı" skamyalar və işıq dirəkləri daxildir. Bunlar Pirallahı Yüksək Texnologi­yalar Parkının rezidenti "RD SMART" MMC tərəfindən ha­zırlanıb. Şəhər xidmətlərinin qiymətləndirilməsinə əsasən, Bakı "ağıllı şəhər" xidmətlərinin inkişaf səviyyəsinə görə nümunəvi şəhərdir".

Nazirlikdən bildiriblər ki, İsmayıllı rayonunda "ağıl­lı" avtobus dayanacaqları quraşdırılıb. Günəş enerjisi ilə işləyən "ağıllı" dayana­caq hər 10 dəqiqədən bir tərkibində spirt, xlor və digər zərərli maddələr olmayan və azərbaycanlı alimlər tərəfindən hazırlanmış BIO­SANIS dezinfeksiya vasitəsini 10 saniyə müddətində havaya buraxmaqla gözləyənləri viru­sa yoluxmadan qoruyur.

“Xalq qəzeti”

29 Noyabr 2020 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə