Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıq yığımında rekord göstərici

Bugünədək sahələrdən 320 min 542 ton pambıq yığılıb, orta məhsuldarlıq 32 sentneri keçib.

Cari ildə Azərbaycanda pambıq yığımında rekord orta məhsuldarlıq göstəriciləri qeydə alınır. Pam­bıq yığımı başa çatmasa da artıq fermerlər sahələrdən 320 min 542 ton məhsul yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Bu, ötən ilin yekun göstəricisindən 25,5 min ton çoxdur. Qeyd edək ki, 2019-cu ildə ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.

Noyabrın 26-na olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,9 sentner təşkil edir. Bu, Azərbaycanın pambıqçılıq tarixinin ən yüksək göstəricilərindən biridir. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yeku­nunda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,12 sent/ha), Neftçala (38,15 sent/ha), Beyləqan (34,42 sent/ha), Yevlax (34,05 sent/ha), Ağcabədi (33,44 sent/ha), Goranboy (33,25 sent/ha), Tərtər (32,32 sent/ha), Saatlı (32,27 sent/ha), Sabirabad (31,81 sent/ha), Bərdə (31,66 sent/ha) və Ağdam (30,78 sent/ha) rayonlarında qeydə alınıb. Daha iki rayonda - Zərdab (29,71 sent/ha) və Hacıqabulda (29,40 sent/ha) pambıq üzrə orta məhsuldarlıq göstəricisi 30 sentnerə yaxındır.

2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidi­ya mexanizminə əsasən, pambıqçı fermerlər təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm məhsul subsidiyası alırlar. Pam­bıq sahəsinin hər hektarına görə fermerə 220 manat subsidiya veri­lir, eyni zamanda, fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.

“Xalq qəzeti”

29 Noyabr 2020 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə