Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli rayonu ərazisində mülki şəxslər minaya düşərək həlak olublar

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə, əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməlləri törədiblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 28-də saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli ra­yonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olub̧lar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxışkeçirilib, məhkəmə-tibb eksper­tizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları­nı pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması BaşProkurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

29 Noyabr 2020 00:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə