Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərə səfər etməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğalı altında saxladığı əraziləri azad edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, uzun illər Vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir. Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin ərazilərə səfər edirlər.

Noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qor­qan və Aşağıseyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq, hərəkəti davam etdirib, nəticədə, tank əleyhinə minaya düşərək həlak olublar.

Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər mina­lardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik.

29 Noyabr 2020 00:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə