Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular

Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabın­da yazıb.

Hikmət Hacıyev qeyd edib: “Tərtər rayonunun Şıxarx qəsəbəsi. Qırx dörd günlük müharibə zamanı Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoy­madan atəşə tutub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız ra­ket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”.

Prezidentin köməkçisi, həmçinin bildi­rib ki, oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.

29 Noyabr 2020 00:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə