Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı politoloq: Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır

Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşma Türkiyə, Rusiya və İranın sənət əsəridir. Mənim anlayışıma görə, bu həm Azərbaycanın, həm Rusiyanın, həm Türkiyənin, həm də İranın qələbəsidir. Bu müharibə əvvəlcədən yalnız Azərbaycanla Ermənistan arasındakı müharibə deyildi. Bu münaqişə əvvəldən beynəlxalq statusa sahib idi. Əlbəttə, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləridir, amma mənim üçün onlar nizamlama prosesinə kömək etmirdi, ziyan vururdu. Onlar qəsdən prosesi uzadırdılar.

Bu fikirləri şərqşünas-türkoloq Yuri Mavaşev deyib.

“Çox şadam ki, Rusiya, Türkiyə və İran müstəqil oyunçular olaraq üzərlərinə məsuliyyət və öhdəliklər götürdülər. Azərbaycan da özünü çox məsuliyyətli oyunçu kimi göstərdi. Azərbaycan Xankəndinə də daxil ola, hərbi əməliyyatları davam etdirə və müharibəni bitirə bilərdi. Müharibə uzağı iki həftəyə bitərdi. Ancaq Azərbaycan rəhbərliyi Rusiyada hamımızın güvəndiyimiz müdrikliyi göstərdi. Əmin idik ki, Azərbaycan hansısa etnik təmizləmə, soyqırımı ilə ittiham oluna biləcək addımlardan çox uzaq olduğunu sübut edəcək. Bütün bu deyilənlər yalandır. Azərbaycan yalnız düşməni döyüş meydanında məğlub etmədi, həm də Fransa və ABŞ tərəfindən ona qarşı yönələn bütün ittihamları alt-üst etdi”, - o bildirib.

28 Noyabr 2020 11:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə