Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər Laçında da evləri, meşələri yandırırlar

Ermənistan ordusu və erməni əhalisi üç ölkə lideri arasında razılaşdırılmış bəyanatın müddəalarına uyğun olaraq, bu il dekabr ayının 1-dək Azərbaycanın Laçın rayonunu tərk etməlidir. Eynilə Kəlbəcər və Ağdam rayonlarında olduğu kimi Laçında da ermənilər əşyalarını çıxarandan sonra evlərə od vururlar. Özü də həmin evlərin əksəriyyəti işğaldan əvvəl azərbaycanlılara məxsus olub.

Ermənilər nəinki ev əşyalarını, hətta dam örtükləri, pəncərə çərçivələri və qapıları, eləcə də elektrik xətlərini də çıxarıb aparırlar.

Yanan evlərdən çıxan tüstü yaşayış məntəqələrinin üstünü alıb, od evlərdən ağaclara da keçərək ərazidə meşə yanğınlarına səbəb olur.

 

28 Noyabr 2020 10:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə