Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda nüvə alimi qətlə yetirildi

İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadə Tehran əyalətində qətlə yetirilib.

TASS xəbər verir ki, məlumatı İranın Müdafiə Nazirliyi təsdiq edib. Alim İranının Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri olub.

"Bu gün terrorçular Möhsün Fəxrizadəyə silahlı hücum ediblər. Həkimlər briqadası onun həyatını xilas edə bilməyiblər", - deyə nazirliyin məlumatında deyilir.

 

"Fars" agentliyinin məlumatına görə, alimə Damovənd rayonunda hücum ediblər. Atışma zamanı daha üç-dörd nəfərin ölə biləcəyi ehtimal olunur. Şahidlər hadisə yerində partlayış olduğunu da bildiriblər.

Bununla yanaşı, İranın Atom Enerjisi üzrə Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi ölkədə nüvə enerjisi sahəsində çalışan bütün alimlərin sağ olduğunu açıqlayıb.

28 Noyabr 2020 10:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə