Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərləri Tərtərə və işğaldan azad olunan Ağdama səfər edir

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası ilə birgə Ağdama səfər edir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında qeyd edib.

Hikmət Hacıyev bildirib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik. Dağıdılmış ruhlar şəhəri Ağdam soyqrım nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”.

28 Noyabr 2020 10:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə