Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan respublikaları arasında imzalan­mış tarixi razılaşma nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün və suveren­liyinin təmin edilməsi, bölgədə sülhün və sabitliyin bərqərar olması münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycanın mədəniyyətlərarası dialoq və birgəyaşayış modeli, elm xadimləri ilə zəngin olması, habelə qədim Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkanda yerləşməsi bizə yaxşı məlumdur.

Qardaş Misirdən Vətən şəhidlərinə Allahdan rəhmət və məkanlarının cənnət olmasını, yaralılara isə şəfa diləyirəm.

Zati-aliləri, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə qardaş Azərbaycan xalqının azadlıq, əmin-amanlıq və rifah içində yaşamasını arzulayıram.

Dərin hörmət və ehtiramla,

Professor Əli CÜMƏ,
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü

28 Noyabr 2020 00:01 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə