Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 459    Bakı şəhəri, 17 oktyabr 2018-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli, “Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 aprel tarixli 73 nömrəli, “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli, “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 14 may tarixli 67 nömrəli, “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2003-cü il 12 avqust tarixli 106 nömrəli və “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1144-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 282 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 80, № 9, maddə 695; 2002, 
№ 8, maddə 544, № 11, maddə 675; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2013, № 8, maddə 1022; 2018, № 4, maddə 799) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 2.2-ci bəndinin “b” yarımbəndində “məktəbəqədər tərbiyə və müalicə” sözləri “müalicə və məktəbəqədər təhsil” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2002-ci il 29 aprel tarixli 73 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 214) ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında Əsasnamə”nin 1-ci hissəsinin ikinci cümləsində “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.2-ci bənddə “uşaq tərbiyə” sözləri “təhsil” sözü ilə əvəz edilsin;
3.2. 9.1-ci bəndin dördüncü abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 252; 2005, № 11, maddə 1076; 2008, № 5, maddə 432; 2009, № 10, maddə 846; 2012, № 6, maddə 623; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 1-ci hissəsinin ikinci abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 461) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 5-ci və 16-cı hissələrinə “məktəbəqədər” sözündən sonra “təhsil müəssisələrində” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarının (Azərbaycan Respublikasının ­Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1043; 2013, № 12, maddə 1646; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 361 nömrəli qərarı) 1-ci hissəsinin ikinci abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
21 Oktyabr 2018 08:01 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə