Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Noyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması­nın tövsiyə edilməsinə dair noyabrın 25-də qəbul etdiyi qətnamə müzakirə edilib, həmin sənədin münaqişənin həlli istiqamətindəki səylərə, eləcə də ölkələrimiz arasındakı münasibətlərə mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu qətnamə beynəlxalq aləmdə ən qeyri-obyek­tiv, zərərli və prinsipsiz sənəd hesab edilməlidir. Bu qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna hansı prizmadan yanaşmasının şahidi olub.

Müzakirələrdə vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq, Ermənistan- Azərbaycan münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını yerinə yetirməli olan Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Lakin Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnamə qəbul etməklə üzərinə götürdüyü öhdəliklərə məhəl qoymaq fikrində olmadığını nümayiş etdirib.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransadan istənilən mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb olunur. Bu məsuliyyəti dərk etməyən Fransanın beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatı­nın qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir.

İclasda xüsusilə vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk qrupu­nun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir.

Müzakirələrin yekunu olaraq YAP-ın adından Fransa Senatın­da noyabrın 25-də “Dağlıq Qara­bağ respublikası”nın tanınması­nın zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyən bəyanat qəbul edilib.

27 Noyabr 2020 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə