Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətərlə iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Ab­dullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Iqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə oldu­ğu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan- Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bü­tövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir.

İqtisadiyyat naziri bil­dirib ki, ölkələrimiz ara­sında müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, 2020-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsində artım müşahidə olunur.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları ətraflı müzakirə edilib, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrin genişləndirilməsində rolunun gücləndirilməsi vurğulanıb, Qətər şirkətləri Azərbaycana investisiya ya­tırmağa və birgə layihələrin həyata keçirilməsində iştira­ka dəvət edilib.

Qətər Dövlətinin Azərbaycan Respub­likasındakı fövqəladə və səlahiyyətli səfiri ölkəmizdə fəaliyyətindən məmnunluğunu bildi­rib, Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasın­da əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

27 Noyabr 2020 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə