Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

Noyabrın 27-də Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının videokonfrans formatında növbəti iclası keçirilib. Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirin başlamasından öncə 44 günlük Vətən müharibəsində, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransda Komitə sədri Tahir Budaqov Azərbaycan Res­publikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dəmir iradəsi, sarsılmaz qətiyyəti və möhtəşəm rəhbərliyi sayəsində Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə təbriklərini çatdı­rıb. Sonra iclasın gündəliyində duran məsələlər barədə məlumat verən T.Budaqov qeyd edib ki, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasi­ya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan isla­hatların daha da sürətləndirilməsi məqsədilə mühüm tədbirlər uğurla icra edilməkdədir.

Sonra Komitənin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti, keyfiyyəti idarəetmə sisteminin tətbiqi ilə bağlı görülmüş işlərlə bağlı məruzələr dinlənilib, Milli “Sənaye məhsullarının statistik təsnifatı”nın və 2021-ci il üçün statistik işlər proq­ramının layihələri Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Qeyd edilib ki, Dövlət Statisti­ka Komitəsinin fəaliyyətinin ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi (KİS) beynəlxalq standartının tələblərinə uyğunluğunun yoxlanıl­ması məqsədilə İsveçrənin “SGS” şirkətinin audit qrupu tərəfindən cari ilin mart ayında aparılmış sertifi­katlaşdırmanın nəticələrinə əsasən həm Komitənin aparatı, həm də KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılma­sı” sahəsində beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Bununla da beynəlxalq uyğunluq sertifikatına layiq görülmüş yerli statistika orqanla­rının sayı 30-a çatdırılıb.

Müzakirələrlə davam edən şura iclasında mövzu ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub.

27 Noyabr 2020 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə