Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 462 Bakı şəhəri, 27 noyabr 2020-ci il

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qay­dalarının təkmilləşdirilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966, № 10, maddələr 1890, 1919, № 11, maddə 2168, № 12 (II kitab), maddələr 2476, 2487, 2507; 2018, № 3, maddələr 588, 632, № 6, maddə 1374, № 7 (II kitab), maddə 1668, № 8, maddə 1807, № 9, maddə 1906, № 10, maddələr 2142, 2172, № 11, maddə 2426; 2019, № 3, maddələr 529, 563; 2020, № 2, maddə 204, № 4, maddə 500, № 5, maddə 652, № 8, maddə 1123; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 sentyabr tarixli 344 nömrəli və 1 oktyabr tarixli 369 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasın­da dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xü­susi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”nın 4-cü hissəsinin ikinci abzasına “avtonəqliyyat vasitələri və avtobuslar” sözlərindən sonra “, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin balansında olan ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələri” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə