Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə nəcib aksiya

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hemofiliya və talassemiyadan əziyyət çəkən xəstələrə yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib.

Şəmkirlilər qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün artıq ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya yenə qo­şulmuşlar. Karantin qaydalarına uyğun təşkil olunan aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak etmişlər.

Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilmiş və hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülmüşdür.

Qeyd edək ki, toplanan qan ehti­yatı yoxlanılaraq talassemiya, hemo­filiya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində karantin qaydalarına uy­ğun təşkil olunan kampaniyada 300-ə yaxın könüllü donor iştirak etmişdir.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

27 Noyabr 2020 23:31 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə