Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ortaq layihələrə başlayacaqlar. Fonddan verilən məlumata görə, iki qurum tərəfindən “Gənclərin dayanıqlı məşğulluq proqramı”na start verilməsi və bu proqram çərçivəsində “İşəgötürənlər üçün əməkhaqqı subsidiyası”, “Bizne­sini yarat marafonu”, “Peşəkar gənclik layihəsi”nin həyata keçirilməsi planlaş­dırılır.

Proqramın və həyata keçiriləcək layihələrin müzakirəsi məqsədilə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu ara­sında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və hər iki qurumun əməkdaşları iştirak ediblər.

Bildirilib ki, layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, savaşda zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Qeyd edilib ki, layihənin əsas məqsədi də xüsusilə həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluqlarının təmin edilməsi, gənclərdə rəqabətə davamlılığın artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

Görüşdə hər iki qurumun üzərinə düşən öhdəliklər də müzakirə edilib və vəzifə bölgüsü aparılıb. Yaxın günlərdə “Gənclərin dayanıqlı məşğulluq proqramı” və həyata keçiriləcək layihələr ictimaiyyətə geniş təqdim ediləcək.

“Xalq qəzeti”

27 Noyabr 2020 23:25 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə