Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər fəlakətlərinə özlərinin bais olduqlarını anlayacaqlarmı?

Qədim yurd yerimiz Kəlbəcər azadlığının ilk günlərini yaşayır. Zəngilanda, Qubadlıda, Füzulidə, Şuşada və digər torpaqlarımızda qəhrəman əsgərimizin zəfər yürüşlərindən təşvişə düşən işğalçı erməni dəstələri Azərbaycan Ordusu hələ Kəlbəcərə girməmişdən qaçıb getdilər. Erməni quldurlar onlara tərəf bir atəş açılmadan ərazini tərk etsələr də, bu hələ Kəlbəcərin itkisiz boşaldılması demək olmadı.

Biz Kəlbəcərdə qanunsuz məskunlaşanlara dinc şəraitdə torpaqlarımız­dan çəkilmək üçün şərait yaratdıq, onlar isə yenə də dava-dalaşla, yandırıb-dağıtmaqla getdilər. Ordumuza qarşı savaşdan qorxub qaçan ermənilər Kəlbəcərdə qalmış torpa­ğımızla, əmlakımızla, təbiətimizlə müharibə etdilər. 27 il öncə quldurluqla sahibləndikləri torpaqlarımızdan çəkilməzdən əvvəl binala­rımızı, yollarımızı, tarixi-mədəni abidələrimizi dağıtdılar, evlərimizə və meşələrimizə od vurdular. Özlərinə məxsus olan unitazı belə səliqə-sahmanla büküb aparsalar da, bizə məxsus olan hər şeyi xüsusi amansızlıqla məhv edərək getdilər.

Bununla da xalqımıza qarşı əsrlər boyu ürəklərində gəzdirdikləri nifrəti bütün dün­yaya nümayiş etdirdilər. Feodal təfəkkürlü erməni qəbiləsinin üzvləri özləri də istəmədən yaşadıqları çağdaş dünyaya – XXI əsrin humanist vətəndaşlıq cəmiyyətinə uyğunla­şa bilmədiklərini hamıya göstərdilər. Onlar bunu murdarlanmış qəlblərinin çağırışı və zəhərlənmiş beyinlərinin hökmü ilə etdilər. Erməni qəlbinin və şüurunun nəyə qadir oldu­ğu bütün dünyaya sərgiləndi.

İbtidai şüur instinktindən irəli gələn qorxu, nifrət, düşmənçilik və dağıdıcılıq hisslərinin nümayişi əsrlər boyu erməni xislətinə xas olan təzahürdür. Dünyanın dörd bir tərəfinə yayılıb bütün sivilizasiyaların nümayəndələri ilə istədikləri təmasda olsalar da, onlar xoş niyyət, düz əməl sahibi olmadıqlarından (fırıldaq, oğurluq, xəyanət, yaltaqlıq, xəbislik və s.) dünyanın heç bir yerində özlərini rahat və təhlükəsiz hiss edə bilmirlər. Kompakt şəkildə yaşadıqları bütün ərazilərdən gec-tez qovulan ermənilər əsrlər boyu öz qəbilələri üçün daimi torpaq axtarışındadırlar.

Ermənilərin qavrayışına görə bütün millətlər və xalqlar onların düşmənləridir və ona görə də heç bir xalqın nümayəndələri ilə onların birgə yaşaması mümkün de­yil. Keçmiş Azərbaycan vətəndaşı, qatı cinayətkar Robert Koçaryanın “ermənilərlə azərbaycanlılar birgə yaşaya bilməzlər, çünki onların arasında genetik uyğunsuzluq var” kimi sərsəm mülahizəsi də məhz bu faşist düşüncəsinin məhsuludur.

Erməni cəmiyyətinin donuz saxlayanın­dan tutmuş ziyalısına qədər, süpürgəçisindən prezidentinə qədər bütün üzvləri tarix boyu başlarına gələn bəlalarda Yer üzündə xoşbəxt yaşayanların hamısını günahkar he­sab edirlər. Onların xəstə təfəkkürünə görə, bütün dünya – Türkiyə, Azərbaycan, Rusiya, Avropa, Amerika, hətta Antarktida pinqvinləri də erməni qəbiləsinin bədbəxtliyində günah­kardırlar. Guya, həmişə kimsə onları sıxış­dırır, çoxları onlara yardım etmir, yaxınları onları qorumur və s. Amma heç biri özlərinin günahkar olması ehtimalını ağlına belə gətirmir.

Ermənilər anlamırlar ki, belə bir dünyagö­rüşü ilə heç bir millətin və xalqın ermənilərlə birgə yaşaması sadəcə mümkün deyil. Odur ki, bu gün Ermənistan adlanan qədim türk torpaqları yalnız ermənilərdən ibarət mono-etnik bir cəmiyyətə ev sahibliyi edir. Obyek­tiv düşünmək, baş verənləri doğru-düzgün təhlil etmək və başlarına gələnlərdən nəticə çıxarmaq əvəzinə özgələri günahlandırmaq səmərəli yanaşma deyil. Bunu hamı bilir, amma heç kim bu həqiqəti ermənilərə anlat­maq gücündə deyil.

Ürəklərində bəsləyərək yaşatdıqları nifrət və beyinlərində yuva salmış düşmənçilik onları həyat həqiqətlərini dərk etməkdən məhrum edib. Həqiqət isə ondan ibarətdir ki, nə bu gün, nə də gələcəkdə ermənilərin günahkar axtarışı heç bir nəticə verməyəcək. Azərbaycan Ordusunun onlara verdiyi dərs Ermənistanın öz xəstə təxəyyülünü və murdar xislətini dərk etməsi və sivil dünya birliyində özünün düzgün yolunu və yerini axtarıb tapması üçün növbəti bir fürsətdir.

Qəbilə təfəkkürlü erməni toplumu Azərbaycana qarşı davamlı xəyanət və cinayətlərin həmişəlik keçərli olmadığından, törətdikləri pisliklərin qayıdıb öz başlarına tökülməsindən nəticə çıxarmasalar, daha ağır bəlalara düçar olacaqlar. Azərbaycanlılar ermənilərin layiq olduğu cəzanı yarımçıq qoyub, humanizm naminə verdiyi bu fürsəti layiqincə dəyərləndirməsələr, düzgün çıxış yolu tapmasalar, XXI yüzilliyin sonuna qədər onların bir məxluq kimi mövcudluqları sona çata bilər. Görəsən, bu dəfə ermənilər fəlakətlərinə özlərinin bais olduqlarını anlaya­caqlarmı?

Cavanşir FEYZİYEV, 
Milli Məclisin deputatı, fəlsəfə doktoru

27 Noyabr 2020 23:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə