Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” iPhone pərəstişkarları üçün yeni kampaniya təqdim edir

“Azercell Telekom” MMC noyabr ayının 20-dən etibarən eksklüziv mağa­zalarında iPhone 12 Pro Max və iPhone 12 Mini telefonlarının satışına start verib. Lider mobil operator internetin inanıl­maz sürətini dünyanın ən güclü performansına malik smartfonları vasitəsilə hiss etmək imkanı ya­radıb. Apple brendi ilə birgə əməkdaşlıqda abunəçilərini növbəti kampaniya ilə sevindirən “Azercell”, iPhone smart­fonlarının yeni modellərini alan hər bir abunəçiyə 3 ay ərzində hər ay 50 GB həcmində internet paket hədiyyə edir.

Xatırladaq ki, Azərbaycanda Apple şirkətinin yeganə rəsmi tele­kom tərəfdaşı olan “Azercell” noyabr ayının 6-dan etibarən eyni şərtlərlə iPhone 12 və iPhone 12 Pro telefonlarının da satışına başlayıb.

“Xalq qəzeti”

27 Noyabr 2020 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə