Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır

Bu gün Azərbaycanda yoluxmaların sayı artırsa, aydın məsələdir ki, ağır və kritik vəziyyətdə olan xəstələrin də sayı artacaq.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, yoluxma sayı artdıqca proporsional olaraq, ağır vəziyyətdəki xəstələrin sayı da artır.

Baş infeksionist qeyd edib ki, statistika­ya əsasən, COVID-19-a yoluxan bütün xəstələrin 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir: "Yəni xəstəliyin ağır formaları bütün xəstələnmə hallarının təxminən 20 faizini təşkil edir. Onların arasında çox ağır, kritik vəziyyətdə olan­ların sayı 5 faizdir".

Baş infeksionist Azərbaycanda COVID-19-dan orta ölüm səviyyəsinin Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisədə aşağı olduğunu bildirib.

Qeyd edək ki, Almani­yada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon nəfəri ötüb. Bu barədə Robert Kox İnstitu­tunun hesabatında deyilir. Ötən sutka ərzində Almani­yada koronavirusa 22 806 yoluxma halı qeydə alınıb.

Böyük Britaniyada isə ötən sutka ərzində 17 555 yoluxma halı qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 574 562 nəfərə çatıb. Digər ölkələrdə də yoluxma sayı artan dinamika ilə çoxalır.

“Xalq qəzeti”

27 Noyabr 2020 23:05 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə