Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

Bakı Ali Neft Məktəbi və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə pro­rektoru Hendrik Voll və İnformasiya-Kommu­nikasiya Texnologiyaları Məktəbinin dekanı professor. Gert Jervan imzalayıb.

Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazır­lanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+" və “Horizon” beynəlxalq proq­ramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, Yay/Qış məktəblərində iştirakı, TalTech-in konsepsiyası əsasında Kiber Təhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələrin aparılmasını, informasi­ya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq və digər məsələləri əhatə edir.

Əməkdaşlıq müqaviləsi 3 (üç) il ərzində etibarlı olacaq.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

27 Noyabr 2020 23:04 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə