Ən son xəbərlər
“Futbolhd.ru” saytının məlumatına görə, futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun rəmzi komandası açıqlanıb.
Mənbə qeyd edir ki, bu dəfə heyətdə 9 müxtəlif komandanın futbolçuları yer alıblar.
Siyahıda qapıçı – Dominik Livakoviç (“Dinamo Zaqreb”), müdafiəçilər - Fauzi Qoulam (“Napoli”), Nemanya Milunoviç (“Srvena Zvezda”), Abdulaye Sek (“Antverpen”), Vendell (“Bayer”), yarımmüdafiəçilər - Kodi Qapko (PSV), Harri Vinks (“Tottenhem”), Kerem Demirbay (“Bayer”), Nikolas Pepe (“Arsenal”), hücumçular – Karlos Vinisius (“Tottenhem”) və Ercan Kara (“Rapid”) yer alıblar.
Qeyd olunur ki, bu turda Azərbaycan təmsilçisi “Qarabağ” “Sivasspor”a 3:2 hesabı ilə məğlub olub.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə