Ən son xəbərlər
“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Dünya Bankı və Ukraynanın Səhiyyə Nazirliyi, xəstəxanalar üçün koronavirus pandemiyasına qarşı peyvəndi və avadanlığı almaq üçün 100 milyon ABŞ dolları dəyərində birgə layihə hazırlayır.
Bu barədə məlumat verən Ukraynanın Səhiyyə nazirinin müavini Svetlana Şatalovanın sözlərinə görə, ilk növbədə, bu vəsaitlər koronavirus pandemiyasına qarşı peyvəndlərin, habelə tibb müəssisələri üçün diaqnostika və laboratoriya avadanlıqlarının alınmasına sərf ediləcək.
Svetlana Şatalova, Dünya Bankının Ukrayna Səhiyyə Nazirliyi ilə birlikdə artıq 102 ailə praktikası poliklinikasının tamamilə yenidən qurulmasını həyata keçirdiyini qeyd edib.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə