Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bayraktar” və “Javelin” taktiki hərbi təlimlərdə

“Armiyaİnform” portalının yay­dığı məlumata görə, Ukraynanın Nikolayev vilayətindəki “Şirokiy lan” poliqonunda taktiki hərbi təlimlər keçirilib. Təlimlərdə Türkiyə istehsalı olan “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatlarından və ABŞ-ın “Javelin” tank əleyhinə raket komplekslərindən istifadə edilib.

Mənbənin məlumatına görə, ba­talyon hərbi qulluqçuları kiçik taktik qrupların hərəkətlərini, urbanizə edilmiş ərazidə hücum zamanı döyüş atışını, cəmlənmiş raket-aviasiya zərbələri endirilməsini və başqa taktiki elementləri nümayiş etdiriblər. Yüksək dəqiqlikli silahların, radioelektron mübarizə vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və başqa müasir silahların kompleks şəkildə tətbiqinə xüsusi diqqət yetirilib.

Bildirlir ki, təlimlərdə düşmən hədəflərinin məhv edilməsi üçün kəşfiyyat məqsədilə pilotsuz uçuş apa­ratlarından fəal istifadə edilib. “Bayraktar TB2” tipli pilotsuz uçuş aparatlarının praktiki olaraq hədəflərə zərbələr endirmədən tapşırığı yerinə yetirmək qabiliyyəti yoxlanılıb.

“Javelin” və “Stuqna” tipli tank əleyhinə raket komplekslərinin döyüş heyətləri döyüşdə effektiv imkanlarını nümayiş etdiriblər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

27 Noyabr 2020 22:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Yanvar 2021 | 19:13
Ən yaxşı smartfonlar
24 Yanvar 2021 | 19:12
Bill Qeyts peyvənd olunub
24 Yanvar 2021 | 19:12
Terrorçular məhv edilib

Köhnə versiyamızdan xəbərləri izlə