Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Noyabrın 28-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Gecə 5-7, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu , nisbi rütubət 75-85 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən- Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 8-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-5, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-5°, gündüz 8-11°, dağlarda gecə 0-3, gündüz 4-6° isti olacaq.

27 Noyabr 2020 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Yanvar 2021 | 00:09
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə