Ən son xəbərlər
İspaniyanın “Barselona” futbol klubunun prezidenti vəzifəsinə namizədlərdən biri Emili Russo, prezident seçiləcəyi təqdirdə “Kamp Nou” stadionunun adını argentinalı hücumçu Lionel Messinin şərəfinə dəyişdirməyi planlaşdırır. Bununla əlaqədar referendum keçiriləcək və stadiona “Kamp Nou Leo Messi” adı veriləcək.
Xatırladaq ki, avqust ayında L.Messi klub rəhbərliyi ilə münaqişədən sonra “Barselona”nı tərk etmək istəyirdi. Daha sonra “Barselona” ilə hüquqi mübahisəyə girməmək üçün və ailəsinin Kataloniyada yaşamaq istəməsi ilə əlaqədar klubda qalmaq barədə qərar qəbul etdiyini bildirmişdi.
Xəbəri TASS verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə