• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Star”ın açılışı iki qardaş ölkənin bölgədəki nüfuzunu daha da artıracaq

“Star”ın açılışı iki qardaş ölkənin bölgədəki nüfuzunu daha da artıracaq

Bu gün Azərbaycan nəinki regionda, hətta beynəlxalq aləmdə də enerji ixrac edən mühüm ölkələrdən biri kimi tanınır. Son illər ölkəmizin bu sahədə həyata keçirdiyi enerji layihələri onun bölgədəki gücünü daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun təntənəli açılışını dövlətimizin bu istiqamətdə həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətinin nəticəsi hesab etmək olar. 
 

Qeyd edək ki, “Star” neft emalı zavodunun təməli dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci il oktyabrın 25-də qoyulub. Fəxrlə deyə bilərik ki, sözügedən zavod Azərbaycan tərəfinin Türkiyədə ən böyük investisiya layihəsidir. Bu bir daha göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkəmiz getdikcə daha çox əhəmiyyətli layihələrə imza atır. Televiziyadan bu tədbirin yayımını sonacan izlədik. “Star” neft emalı zavodunun açılış mərasiminin aparıcısı 6,3 milyard dollar dəyərində olan və bu gün reallaşan 4 nəhəng layihənin əhəmiyyəti haqqında ətraflı məlumat verdi. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR çıxış edir.
 Bildirildi ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu ­zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Bu isə müsbət nailiyyətdir. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Təqdirəlayiq haldır ki, “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Qeyd edək ki, layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq. 
Yeri gəlmişkən, işimizlə əlaqədar qardaş Türkiyəyə tez-tez səfərə gedirik. Azərbaycanla və onun inkişafı ilə bağlı eşitdiyimiz fikirlər, ölkəmizə olan isti münasibət böyük ənənələrə söykənən qardaşlığımızı bir daha sübut edir və bizi çox sevindirir.

Arzu Bağırova,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

20 Oktyabr 2018 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin