Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İxtisar planı

ABŞ-ın “IBM” şirkəti koronavi­rus pandemiyası fonunda Avropa­dakı bölmələrində təxminən 10 min əməkdaşını ixtisar edəcək. Bildirilir ki, bu, şirkətə öz xərclərini azaltmağa, həmçinin daha əvvəl elan edilmiş biznesin strukturunun dəyişdirilməsinə kömək edəcək.

Qeyd edilir ki, bu ixtisar şirkətin Avropadakı heyətinin təxminən 20 faizi deməkdir. İxtisarların əksəriyyəti “IBM”in Böyük Britaniya və Almaniyada yerləşən ofislərində həyata keçiriləcək, həmçinin, Polşa, İtaliya, Slovakiya və Belçika­da da ixtisarlar gözlənilir. Məlumata görə, heyətin ixtisarı üzrə plan 2021-ci ilin birinci yarısında icra ediləcək.

Məlumatı “Bloomberg” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

27 Noyabr 2020 22:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Yanvar 2021 | 19:13
Ən yaxşı smartfonlar
24 Yanvar 2021 | 19:12
Bill Qeyts peyvənd olunub
24 Yanvar 2021 | 19:12
Terrorçular məhv edilib

Köhnə versiyamızdan xəbərləri izlə