Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin sədri MDB PA-nın 51-ci plenar iclasında iştirak edib

Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının videokonfrans formatında 51-ci plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

İclasda Milli Məclisin sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova da iştirak edib.

Tədbirdə təşkilati məsələlərə baxılıb, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədri Valentina Matviyenko yenidən MDB PA Şurasının Sədri seçilib.

Sonra iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər, Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və onun normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri, MDB PA-nın 2021-ci il üçün fəaliyyət planı, bir sıra təşkilati və maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

27 Noyabr 2020 20:37 -

Köhnə versiyamızdan xəbərləri izlə