Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın tarixinə qara ləkə

Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair”  qətnamə layihəsini qəbul etməsi bir daha təsdilqədi ki, bu qurum erməni lobbisnin əlində oyuncağa çevrilib. Yəni,  Senatı istədikıəri istiqamətə yönəldə bilirlər. Çünki əldə olunan məlumata görə, layihəninin ideya müəllifləri, əsasən,  ermənilərin Fransada kompakt yaşadıqları regionlardan olan senatorlardır. Həm sənədin müəlliflərini, həm də ona səs verənləri  ölkələrinin beynəlxalq aləmdəki reytindən çox, qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır.

Söz yox ki, Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Senatın qərarları i tövsiyə xarakteri daşıyır.  Ancaq  beynəlxalq hüquq norma və prinsiplərinə zidd  qətnamənin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı var. Senatın belə bir qətnamə qəbul etməsi, Fransa dövlətinin Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən bu ölkənin tarixinə qara səhifə kimi həkk olunur.

Fransada çoxlu sayda erməninin yaşadığı, o cümlədən  erməni lobbisi və təşkilatlarının  çox güclü olduğu hər kəsə bəllidir. Onlar həm də böyük maliyyə mənbəyinə malikdirlər. Bütün dünyada olduğu kimi, Fransada da fəaliyyət göstərən erməni lobbisi azərbaycanlılara və türklərə qarşı həmişə düşmən mövqedə olublar. Erməni lobbisi Fransa siyasi dairələrinə təsir edə biləcək gücə də malikdirlər. Bu səbəbdən bu cür millətçi və separatçı senatorlar Fransadakı ermənilərin süfrəsindən qalan tör-töküntülərdən qidalanaraq, Azərbaycana qarşı  qərəzli mövqe sərgiləməklə  beynəlxalq aləmdəki reytinqlərini zərbə altında qoyurlar. Amma başa düşmürlər ki, Fransa dövləti  BTM Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Azərbaycanın  ərazi bütövlüyünü tanıyıb. Belə riyakar  siyasətçilər Azərbaycana düşmən mövqeyi ilə yanaşı, öz dövlətinə, onun beynəlxalq aləmdəki nüfuzuna da zərbə vururlar.

Prezident  İlham Əliyevin  apardığı uğurlu və müdrik xarici siyasəti nəticəsində ölkəmizə qarşı qərəzli olan bir sıra dünya dövlətlərinin , həmçinin beynəlxalq təşkilatların  qərəzçilik buzu artıq  əriməyə başlayır. Belə ki, bir sıra Avropa dövlətləri, o cümlədən tanınmış ictimai-siyasi xadimlər Azərbaycanın apardığı mübarizənin beynəlxalq hüquqa tam uyğun olduğunu vurğulayırlar.

Hətta Fransa prezidenti Makronun  da mövqeyini dəyişərək, ermənilərin təşkil etdiyi bir tədbirdə Azərbaycan haqqında dediyi fikirləri dinlədikdə  onun, nəhayət ki, ölkəmizin işğala məruz qaldığını dərk etdiyi inamını yaradır. Fransa Senatının qəbul etdiyi bu qərarın ardından Fransa XİN-in senatın bu qərarının Fransa hökumətinin siyasətini əks etdirmədiyi haqqında fikir bildirməsi də bu qətnamənin adi bir kağız parçası olduğunu təsdiqləyir. Ona görə də  bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti  kimi öz üzərinə düşən missiyanı yerinə yetirə bilmir və  bitərəflik mövqeyini qorumağı bacarmır. Bu səbəbdən Fransanın bu münaqişənin tənzimlənməsində heç bir rolu olmamalıdır. Təcavüzkar bir dövləti və cinayətkar  qurumu müdafiə etmək, onunla bir sırada olmaq anlamına gəlir. Əslində. ATƏT-in Minsk qrupunun missiyasına son qoyuldu. Çünki bu qurumun 30 ildən artıq müddətdə həyata keçirə bilmədiyini Prezident İlham Əliyev 44 gün ərzində icra etdi.

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı, BDU-nun  kafedra müdiri, professor

27 Noyabr 2020 17:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə