Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb mətbuatı ermənilərin Kəlbəcərdə evləri və meşələri yandırmasından yazıb

Ərəb KİV-lərində ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda evləri və meşələri yandırması barədə xəbərlər dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalının saytında yayılmış materialda noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanatdan sonra azad edilən ərazilərin dağıdıldığı, Kəlbəcərdə 30 ilə yaxın müddətdə yaşamış ermənilərin tərk etdikləri evləri və meşələri yandırması qeyd olunur. Vurğulanır ki, Ağdam rayonunda işğalçılar tərəfindən xaraba qoyulmuş məscidi ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev bütün mülki obyektlərin və infrastrukturun tezliklə bərpa ediləcəyini bildirib.

“Arabnews” qəzetində dərc edilmiş məqalədə də Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması, bundan əvvəl azərbaycanlıların humanizm prinsipindən çıxış edərək daha 10 gün möhlət verdikləri ermənilərin evləri və meşələri yandırdıqları bildirilir. Diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa son müraciətində Ermənistanın terrorçu dövlət olduğunu bəyan edib. Əlavə edib ki, mülki insanlara qarşı soyqırımı, tarixi abidələrin məhv edilməsi, meşələrin yandırılması və ağacların kəsilməsi, su kəmərlərinin və digər infrastrukturun sıradan çıxarılması buna əyani sübutdur.

Misirin “Əl-Vəsilə”, “Nile1”, “Elghad” informasiya portalları və “Asiaelyoum” və İordaniyanın “Nayrouz” informasiya agentlikləri də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti barədə xəbərlər yayıblar.

27 Noyabr 2020 17:06 -

Köhnə versiyamızdan xəbərləri izlə